Haqqında

Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya – Mədənçilik Forumu keçiriləcək!

Forum Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarında İstifadə Agentliyi tərəfindən 2023-cü ildə 26-27 oktyabr tarixlərində təşkil olunacaq. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın mədənçilik və geologiyaya sahəsində mövcud və potensial imkanlarının beynəlxalq arenaya çıxarılması, sözügedən sahələrdə qarşılıqlı şəkildə təcrübənin mənimsənilməsi, kommunikasiyaların qurulması, əməkdaşlıq potensialının yaradılması və inkişafıdır. Dünyanın bir çox ölkəsindən dağ-mədən üzrə mütəxəssislərin və geoloqların çıxış edəcəyi bu Forumda sözügedən sahədə müasir tendensiyalar, yeni texnologiyalar və onların tətbiqində beynəlxalq metodologiyanın istifadə olunması ətrafında təcrübə mübadiləsi aparılacaq. Belə ki, Forum Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası baxımından böyük əhəmiyyət daşıyacaqdır. Bundan əlavə, dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri, geoloji kəşfiyyat işlərində yeni metodologiya və konseptual modelləşdirmə həmçinin dağ-mədən sənayesinin ətraf mühitə təsirləri kimi mövzular da Forumun gündəliyində yer almışdır. Forumda 30-dan çox ölkənin nümayəndəsi iştirak edəcək.