Xəbərlər və Media

Forum çərçivəsində paralel tədbir qismində çox maraqlı və aktual mövzuda dəyirmi masa keçirildi.
Forum çərçivəsində paralel tədbir qismində çox maraqlı və aktual mövzuda dəyirmi masa keçirildi.

Dəyirmi masanın mövzusu aşağıdakı kimidir: “Minerallar sahəsində regional əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni üfüqlər”. Bu xüsusda, Dəyirmi masa ölkəmizin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO)birgə təşəbbüsüdür. Tədbirdə minerallar sahəsində beynəlxalq əməkdaşlığın təşviqi yolları və mexanizmlərinin müzakirə edildi. Ələlxüsus, ədalətli, resursların səmərəliliyini nəzərə alan, dayanıqlı və yaşıl keçid məsələləri və beynəlxalq təşkilatların bu prosesə dəstəyi diqqət mərkəzində oldu.

Forumun birinci sessiyasında Agentliyin sədri dağ-mədən sahəsində görülən işlərdən danışıb
Forumun birinci sessiyasında Agentliyin sədri dağ-mədən sahəsində görülən işlərdən danışıb

"Hazırda Azərbaycanda dağ-mədən sahəsində fəaliyyət göstərən yerli və xarici müəssisələr filiz və qeyri-filiz faydalı qazıntılarının istismarı nəticəsində dünya bazarına qiymətli metalların, o cümlədən hazır məhsula yönəlmiş tikinti materiallarının ixracını davam etdirir". Bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Beynəlxalq Geologiya-Mədənçilik Forumunda Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib. O bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafında dağ-mədən sənayesi əsas yerlərdən birini tutur, yerli sənaye və tikinti materiallarının istehsalı və ixracı ölkə iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərir. "Azərbaycanda dağ-mədən sahəsinin inkişafında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün həmin sahə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində uğurla inkişaf edir. Bu gün ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasət, ölkə iqtisadiyyatının dayanıqlığı, siyasi sabitlik bütün sahələrdə olduğu kimi dağ-mədən sənayesinə də xarici investorların cəlb edilməsinə və onların uzunmüddətli fəaliyyətinə zəmin yaradacaq", - S.İdayətov əlavə edib.

Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirildi.
Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirildi.

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu başa çatıb. Beynəlxalq tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, forumun ikinci günündə “Geologiya və dağ-mədən sənayesində qabaqcıl metod və texnologiyaların tətbiqi” və “Geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzularında panel sessiyaları keçirilib. Həmçinin Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında niyyət protokolu imzalanıb. Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəlinib. Qeyd edək ki, forum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə təşkil olunub. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 70 ekspert iştirak edib.

Beynəlxalq tədbirin media-tərəfdaşı olan AZƏRTAC-ın müxbiri forumda spiker kimi iştirak edən Avstraliyanın Curtin Universitetinin əməkdaşları – professor Corc Barakos və həmyerlimiz, dağ-mədən mühəndisliyi üzrə fəlsəfə doktorluğuna namizəd Ənvər Məmmədli ilə həmsöhbət olub.
Beynəlxalq tədbirin media-tərəfdaşı olan AZƏRTAC-ın müxbiri forumda spiker kimi iştirak edən Avstraliyanın Curtin Universitetinin əməkdaşları – professor Corc Barakos və həmyerlimiz, dağ-mədən mühəndisliyi üzrə fəlsəfə doktorluğuna namizəd Ənvər Məmmədli ilə həmsöhbət olub.

Bakı, 25 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC Məlum olduğu kimi, oktyabrın 26-27-də Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək. Ölkəmizin bu sahədə ilk dəfədir ev sahibliyi etdiyi mötəbər tədbirdə 30-a yaxın ölkədən 60-dan çox ekspert iştirak edəcək. Beynəlxalq tədbirin media-tərəfdaşı olan AZƏRTAC-ın müxbiri forumda spiker kimi iştirak edən Avstraliyanın Curtin Universitetinin əməkdaşları – professor Corc Barakos və həmyerlimiz, dağ-mədən mühəndisliyi üzrə fəlsəfə doktorluğuna namizəd Ənvər Məmmədli ilə həmsöhbət olub. - Ölkəmizdə dağ-mədən sahəsi üzrə ilk dəfə belə forumun keçirilməsini necə qiymətləndirirsiniz? Forumdan gözləntiləriniz nədən ibarətdir? - C.Barakos: Bu təşəbbüs çox təqdirəlayiqdir. Azərbaycan əsasən neft ölkəsi kimi tanınır. Bir əsrdən çoxdur ki, bu tendensiya davam edir. Odur ki, mədən sahəsində belə bir təşəbbüslərin olması çox yaxşı bir haldır. Getdikcə bütün dünyada yaşıl enerjinin tətbiqi genişlənir. Texnologiyalar da inkişaf edir, bunun üçün kritik (sənayedə istifadəsinə ehtiyac olan) metallara da ehtiyac duyulur. Ölkələr öz ərazilərində olan kritik metalların potensiallarını qiymətləndiriblər və bununla bağlı məlumatları dərc ediblər. Azərbaycan da bu forumu təşkil etməklə bir növ həmin prosesə qoşulduğunu bəyan edir. Gözləntilərim odur ki, gələcəkdə Azərbaycan da ərazisində mövcud olan kritik metalları, nadir torpaq elementlərini qiymətləndirsin və istismarına başlasın. - Ə.Məmmədli: Azərbaycanda belə bir forumun keçirilməsi ən çox da məni həyəcanlandırır. Kritik metallar üzrə xaricdə təhsil alan ilk azərbaycanlı tələbə, həmçinin araşdırmaçı olaraq çox sevindim. Mədən sektorunda belə bir addımın atılması Azərbaycanda yaşıl enerjiyə daha çox diqqət ayrılması, eyni zamanda, kritik metallar, nadir torpaq metallarının araşdırılaraq dövlətə həm ekonomik, həm sosial, həm də texnoloji və digər cəhətlərdən dəstək verilməsi deməkdir. Forum bu sahənin daha da inkişafına gətirib çıxaracaq. Ona görə də forumdan gözləntilərim əsasən qlobal sahədə əməkdaşlıqların olmasıdır. - Dağ-mədən sənayesinin inkişaf etməsi nəticəsində atmosfer, litosfer, hidrosfer xüsusilə zərər görür. Ətraf mühitə ziyanı minimuma endirmək üçün hansı texnologiyaları tətbiq etmək lazımdır? - C.Barakos: Dağ-mədən sənayesində istehsalat zamanı ətraf mühitə daha az ziyan dəyməsi üçün proses əsasən avtomatlaşdırma üzərində qurulub. Ətraf mühiti qorumaq üçün, eyni zamanda, sosial razılıq da alınmalıdır. Yəni, elə ərazilər var ki, orada mədən işləri görülə bilməz. Bu zaman həmin əraziyə yaxın yaşayan sakinlərdən də razılıq alınmalıdır. Həmçinin ətraf mühiti qorumaq üçün mədənçiliyin özünün qaydaları var ki, onlara əməl olunmalıdır. Təbii ki, bəzi texnologiyalardan - sensorlardan, rəqəmsal proqram təminatından istifadə edərək daha da yaxşı mədən işləri apara bilərik. Ümumiyyətlə, əvvəllər daha çox çirklənmələr var idisə, indi həmin texnologiyalar sayəsində çirklənmələrin qarşısı alınır. Bundan əlavə, istismar prosesindən sonra əraziyə dəyən ziyanın kompensasiya edilməsi məqsədilə də addımlar atıla bilər. Məsələn mədən qazıntıları çıxarıldıqdan sonra həmin ərazidə ağacların əkilməsi təbiəti qorumaq istiqamətində atılan addımlardan biridir. - Bildiyimiz kimi, hazırda dünyada süni intellekt müxtəlif sektorlarda rəqabət alətinə çevrilib. İnsan funksiyalarını bir xeyli mənimsəyən süni intellekt dağ-mədən sənayesinin inkişafına nə dərəcədə fayda verir? - C.Barakos: Süni intellekt dağ-mədən sənayesində ilk olaraq insan səhvlərinin qarşısını almağa kömək edir. Yeraltı mədənlər kimi çox təhlükəli yerlərdə daha yaxşı işləmək imkanı yaradır. Süni intellektin tətbiqi ilə vaxt və pul itkisinin qarşısını almaq mümkündür. Odur ki, iqtisadi cəhətdən də böyük faydaları var. - Azərbaycanda metalların potensiallarının qiymətləndirilməsi ilə əlaqədar araşdırma aparmısınız? - Ə.Məmmədli: Üç-dörd il əvvəl elmi rəhbərim Corc Barakos Azərbaycana səfər edəndə birlikdə Daşkəsəndəki filiz yataqlarını, oradakı “Çovdar” qızıl yatağını ziyarət etdik, qiymətləndirmə apardıq. Qiymətləndirməmizin nəticəsinə uyğun əsas və yan metallarla bağlı məlumatların olduğu məqalə də hazırladıq. Bundan başqa, Azərbaycanda kritik və strateji metal və mineralların da qiymətləndirilməsini aparmışıq. - Azərbaycanda aparılan təhqiqatların nəticələri barədə məlumat verə bilərsinizmi? Qiymətləndirmələr hansı parametrlər əsasında aparılıb? Hansı məlumatlardan istifadə edilib? - C.Barakos: Qiymətləndirmə apararkən biz hər kəsə açıq olan datadan istifadə etmişik. Görünən odur ki, bəzi məlumatlar həqiqətən də yenilənməlidir. Çünki məlumatların bir qismi keçmiş SSRİ dönəminə aiddir. Təəssüf ki, bu sahədə boşluqlar var. Qiymətləndirilməyə gəldikdə isə beş kriteriya üzərindən – texniki, sosial, ekoloji, iqtisadi və geosiyasi parametrlər üzrə aparıldı. İlkin qiymətləndirmələrin nəticələrinə əsasən gördük ki, Azərbaycanda təkcə hazırda istismar olunan metalların yox, digər metalların da potensialı var. Yəni həqiqətən də burada potensiallı kritik və strateji metallar və minerallar mövcuddur. Lakin bu, o demək deyil ki, yüz faiz həmin metal kritik ya stratejidir. Təbii ki, bunun üçün bizə konkret məlumatlar verilməlidir, ona əsasən hansı metalların kritik ya strateji olduğunu dəqiq deyə bilərik. Ümumiyyətə, dünyada kritik və strateji metallara olan maraq 2008-ci ildən başlayaraq daha çox artıb. Buna texnologiyaların inkişafı sövq etdi. Azərbaycanda isə bu istiqamətdə ilk qiymətləndirməni biz etmişik. Təbii ki, bir daha vurğulayıram, bu, dəqiq məlumat deyil. Çünki ola bilər ki, bizim bilmədiyimiz başqa mineralların da depozitləri var, onlar üçün də daha dərin araşdırma aparmaq lazımdır. - Ə.Məmmədli: Əsasən Azərbaycan ərazisi üçün istehsal olunan metallardan 7-si - qızıl, alüminium, gümüş, mis, dəmir, sink, barium strateji hesab olunur. İlkin baxışa görə Azərbaycan üçün vanadium, nikel və kobalt kritik metallardır. Tam araşdırmalar aparıldıqdan və məlumatlar yeniləndikdən sonra daha dəqiq deyə bilərik ki, Azərbaycan üçün hansı metallar kritik, hansılar stratejidir.

Geologiya-Mədənçilik Forumunda 30-a yaxın ölkədən 62 ekspertin iştirakı gözlənilir
Geologiya-Mədənçilik Forumunda 30-a yaxın ölkədən 62 ekspertin iştirakı gözlənilir

Oktyabrın 26-da Bakıda Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək. Beynəlxalq tədbirin media-tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, forumda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 62 ekspertin iştirakı gözlənilir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov bildirib ki, Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumunun ölkəmizin dağ-mədən sənayesinin dünyada mövcud olan bu sahədəki yeni yanaşmalara adaptasiyası baxımından böyük əhəmiyyəti olacaq, mövcud və potensial imkanların beynəlxalq arenaya çıxarılmasına, kommunikasiyanın qurulması və bu sahəyə investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, "AzerGold" QSC, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan forum sessiyalar, sərgilər və görüşlərlə oktyabrın 26-dan 27-dək davam edəcək. Agentliyin İdarə Heyətinin sədrinin sözlərinə görə forum “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycanın dağ-mədən sənayesinin yeri”, “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması”, “Geologiya və dağ mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzuları üzrə 4 paneldə keçiriləcək.  

Agentliyin əməkdaşları Azərbaycan Dövlət Televiziyasının səhər efirində qonaq oldu. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Geologiya-Mədənçilik Forumu haqqında məlumat verildi.
Agentliyin əməkdaşları Azərbaycan Dövlət Televiziyasının səhər efirində qonaq oldu. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Geologiya-Mədənçilik Forumu haqqında məlumat verildi.

Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək
Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək

Oktyabrın 26-27-də Bakıda ilk dəfə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi tərəfindən Beynəlxalq Geologiya-Mədənçilik Forumu – “Geomining” Forumu keçiriləcək. “Heydər Əliyev İli”nə həsr olunmuş forumun keçirilməsində əsas məqsəd Azərbaycanın mədənçilik və geologiya sahəsində mövcud və potensial imkanlarının beynəlxalq arenaya çıxarılması, qarşılıqlı şəkildə təcrübənin mənimsənilməsi, kommunikasiyaların qurulması və sözügedən sahəyə beynəlxalq və yerli investisiyanın cəlb edilməsidir. Dünyanın bir çox ölkəsindən dağ-mədən üzrə mütəxəssislərin və geoloqların çıxış edəcəyi həmin mötəbər tədbirdə bu sahədə müasir tendensiyalar, yeni texnologiyalar və onların tətbiqində beynəlxalq metodologiyanın istifadə olunması ətrafında təcrübə mübadiləsi aparılacaq. Belə ki, forum Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası baxımından böyük əhəmiyyət daşıyacaq. Bundan əlavə, dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri, geoloji kəşfiyyat işlərində yeni metodologiya və konseptual modelləşdirmə, dağ-mədən sənayesinin ətraf mühitə təsirləri kimi mövzular da forumun gündəliyində yer alıb. Forumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bunu iyunun 7-də keçirilən mətbuat konfransında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi Nigar Orucova deyib. N.Orucova bildirib ki, forumda 30-dan çox ölkədən 70-ə yaxın ekspertin çıxışı gözlənilir. Həmçinin ikigünlük proqram çərçivəsində yerli və beynəlxalq ekspertlərin fərdi şəkildə görüşləri, fikir mübadiləsi üçün fürsətləri yaranacaq. Qeyd olunub ki, Forumun proqramı, çıxış edəcək spikerləri və digər məlumatları tədbirin rəsmi internet səhifəsindən əldə etmək mümkündür – www.geomining.az  . Həmçinin forum çərçivəsində “Springer Nature” beynəlxalq jurnalında elmi məqalələrin nəşri nəzərdə tutulur. Həmin nüfuzlu jurnalın bir nömrəsi tamamilə foruma həsr olunacaq. Belə ki, forum iştirakçıları dağ-mədən, geomühəndislik və “yaşıl” enerji mövzusunda innovativ tədqiqatlarını, elmi məqalələrini bu nömrədə dərc etmək imkanını əldə edəcəklər. Forum haqqında yenilikləri və digər xəbərlər haqqında məlumatları Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmi internet səhifəsindən (meda.gov.az), və ya feysbuk və linkedin səhifələrindən də əldə etmək mümkündü